Yuxarı dön

Haqqımızda

“Brendlər üçün ekspress həllər” adı altında, 2017-ci ildən fəaliyyətə başlayan Brandex Reklam Şirkəti ilk fəaliyyətinə hər növ reklam istehsal işləri ilə başlamış və əlçatan qiymətləri ilə şirkətlərin diqqətlərini cəlb etməyi bacamışdır. Qısa zamanda Azərbaycanda reklam şirkətləri içərisində özünə yer edən şirkət sonradan öz xidmət sahəsinə aid mebel və metal konstruksiya işlərini də xidmətlərinə əlavə etməklə, geniş ərazidə, müasir istehsalat avadanlıqlarına sahib olmaqla tam rəsmi fəaliyyət göstərməkdədir. Professional işçi komandaya sahib olan şirkətin fəaliyyəti avtomatlaşdırılmış ERP idarəetmə əsasında aparılır. Əməkdaşlığının əksər hissəsini korporativ müştərilər təşkil edən Brandex Şirkəti qurulduğu vaxtdan bugünə kimi müxtəlif sektorlarda yerli və xarici şirkət, holdinq və korporasiyalarla, bir sıra reklam agentliyi ilə uğurla əməkdaşlıq etməkdədir.

Brandex Reklam Şirkəti bugün daxili və çöl reklamları (qabarıq hərflər, reklam lövhələri, və s. çöl reklam işləri), yolkənarı reklamlar (pilon, totem və s.), genişformatlı çap işləri, POSm materiallar, mebel (ofis və ticarət mebelləri, dekorativ interyer həlləri və s.) və stendlər (məhsul stendləri, sərgi stendləri, vitrinlər və s.), yüngül metal konstruksiya işləri (anbar və ticarət stellajları, yüngül karkas və s.), çöl fasad işləri üzrə xidmətlər təklif etməkdədir. İstənilən ticarət və xidmət obyektlərinin (mağaza, restoran, kafe, təhsil müəssiləri, və s.) sıfırdan dizaynı və layihələndirilməsi işini həyata keçirən şirkət, təqdim etdiyi dizayn əsasında obyektin interyer və eksteryer işlərini görərək tam təhvil verilməsi üzrə də peşəkarlaşmış, geniş təcrübəyə və təhvil verilmiş çoxlu uğurlu layihələrə sahibdir. İşlərə yazılı zəmanət verən şirkət xüsusi korporativ yanaşma, sürətli və keyfiyyətli xidmətlər göstərməkdədir. 

3957_1618228906.webp

Referanslarımız

SOCAR
Panasonic
Mars Overseas
MWBAKU
ARS
×

Kataloqlarımız

Kataloq 1