Yuxarı dön

Xidmətlərimiz

Avtobrendinq

Təsəvvür edin ki, brendinizin logosu, mesajı şəhərin küçələrində gəzir, göz oxşayır və şirkət avtomobiliniz getdiyi hər yerdə sizi təbliğ edən reklam lövhəsinə çevrilir.

Avtobrendinq brendinizi müxtəlif yerlərdə geniş auditoriyaya təqdim edən, mesajları birbaşa potensial müştərilərə çatdıran, biznesiniz üçün qalıcı təəssürat yaradan güclü marketinq texnikasıdır.

Avtomobil markalanması olaraq da adlandırılan bu reklam növü unikal dizaynları və ya brend elementlərini vinil film tətbiqi ilə nümayiş etdirmək sənətidir.

Boyama prosesindən daha ucuz başa gələn avtobrendinq xidməti son dövrlərdə olduqca populyarlıq qazanıb. Göz oxşayan vinil sarğılara şirkətlər tərəfindən tələbat olduqca yüksəkdir.


Avtobrendinqin üstünlükləri

Böyük bir təşkilat və ya kiçik biznes olmağınızdan asılı olmayaraq, avtobrendinq brend identifikasiyası yaratmaq üçün asan bir yoldur.

 Avtomobil markalanması üçün dizayn təcrübəsi tələb olunur, lakin reklamın özü passivdir; daimi baxım və ya sazlama tələb etmir, reklamınız  gecə-gündüz sizin üçün işləməyə davam edir.

Bu qənaətcil strategiya sizə ənənəvi reklam üsullarının məhdud və ya daha az təsirli ola biləcəyi sahələrdə təəssürat yaratmağa imkan verir.

Avtorbrendinq şirkətinizin avtomobilini adi bir nəqliyyat vasitəsindən təkərli bir promosyona çevirəcəkdir.    

Avtobrendinq prosesi zamanı nələrə diqqət etməlisniz?

1. Vinilin keyfiyyəti avtobrendinq prosesində əsas diqqət etməli olduğunuz məsələdir. Bir neçə manat qəanət etmək üçün reklamınızın keyfiyyətinə güzəştə getməyin. Keyfiyyətli vinil reklamın uzunömürlülüyünə və performansına təsir edir.

 Brandex reklam şirkəti olaraq saysız-hesabsız çalarda, geniş çeşiddə vinil film seçimi ilə keyfiyyətli avtobrendinq xidməti təklif edirik.

2. Avtomobil yuyulub təmizləndikdən sonra mikrofiber parça ilə təmizlənməlidir. Vinil tətbiq edilməzdən əvvəl avtomobil tamamilə təmiz və quru olmalıdır.

3. Vinil tətbiqi toz olmayan, təmiz məkanda olunmalıdır, kiçik bir toz parçası belə vinil örtüyünün səthinin hamarlığını poza bilər. Proses zamanı günəş işığından qorunmaq, istiliyə nəzarət etmək lazımdır.

Yeni texnologiyalardan, müasir avadanlıqlardan istifadə etdiyimiz istehsalatımızda avtobrendinq tətbiqi üçün əlverişli şərait mövcuddur.

4. Avtomobil hazır olduqdan sonra mühərriki işə salmaq üçün tələsməyin. Vinilin səthə hamar şəkildə yerləşdiyini özünüz də test edə bilərsiniz. Şəhadət barmağınızı səth boyunca sürüşdürün, əgər səth asanlıqla sürüşürsə, bu o deməkdir ki, səthdə yağ var və o yenidən təmizlənməlidir.

Avtobrendinq qiymətinə təsir edən amillər

İşin dəyəri ilk növbədə yapışdırılacaq səthin ölçüsündən və istifadə olunan film növündən asılıdır. Dizaynın mürəkkəbliyi, cızıqların olması və avtomobilin çıxıntılı hissələri də qiymətə təsir göstərə bilər.

Bizimlə işləmək üçün 5 səbəb

1. Komandamız tərəfindən şirkətinizin adı, xidmətlərin təsviri, telefon nömrəsi və zəruri hesab etdiyiniz digər məlumatlar avtomobilin üzərinə yerləşdirəcək.

 2. Dizaynerimiz unikal, yaddaqalan dizayn hazırlayacaq və avtomobilə yüksək keyfiyyətli vinil vurulacaq.

3. Təqdim etdiyimiz avtobrendinq xidməti standartlara uyğun təmin edilir.

 4. Müasir texnologiya və avadanlıqlardan istifadə olunan istehsal imkanlarından faydalacaq, sifarişinizi birinci əldən uyğun qiymətə əldə edəcəksiniz.

 5. Sürətli xidmətimiz nəticəsində sifarişinizi vaxtında təhvil alacaqsınız.

brandEX-in peşəkar komandası istənilən nəqliyyat növünün brendləşdirilməsində böyük təcrübəyə malikdir. Avtobrendinq işini şirkətimizə etibar edin, marka və məhsullarınızı rəqiblərinizdən fərqləndirin.