Yuxarı dön

Xidmətlərimiz


Mağazalarda istifadə olunan mebel növləri və onların məqsədi

Mağaza, restoran, kurs və s. satış və xidmət obyekti açmağı və bizneslə məşğul olmağı planlaşdırırsınızsa, mağazaların ticarət zallarında (şourum) hansı mebel növlərinin istifadə olunduğunu və onların hansı məqsədlərə xidmət etdiyini bilmək vacibdir. Ticarət mebelinin düzgün anlayışı müştərilərin ehtiyaclarını effektiv şəkildə ödəməyə və mağazanın cəlbediciliyini artırmağa imkan verəcəkdir.

Mağaza mebeli seçimləri

Ticarət mebeli üç əsas məqsədə xidmət edir: məhsulların nümayişi, müştərilərə xidmət və malların saxlanması. Hər bir kateqoriyanı daha ətraflı nəzərdən keçirək. 

Tanıtım mebeli

Tanıtım mebeli, ticarət zallarında məhsulların nümayişi üçün əsas elementdir. Bu tip mebelin ən çox yayılmış növü stendlərdir. Məhsul tanıtım stendləri müxtəlif məhsulların – elektronika malları, ev əşyaları, kitablar, oyuncaqlar, geyimlər, qida məhsulları və digər kateqoriyaların yerləşdirilməsi üçün istifadə olunur. Satılan məhsulların xarakterindən asılı olaraq, rəflər güzgülər, işıqlar, asılqanlar və ya kiçik əşyalar üçün səbətlərlə təchiz edilə bilər.

Stendlərin bir neçə növü mövcuddur:

  • Divar stendləri: Bu stendlər divarlara bərkidilir və zalın ətrafına yerləşdirilir. Böyük məhsulların yerləşdirilməsi üçün istifadə olunur.

  • Ada tipli stendlər: Adətən bu tanıtım stendlərinin hər iki tərəfində polkalar var və zalın mərkəzində yerləşdirilir. Bu konstruktiv xüsusiyyətlər sayəsində məhsullar hər tərəfdən yaxşı görünür.

Həmçinin, vitrinlər çox populyardır. Vitrinler kiçik əşyaların, məsələn, aksesuarlar, saatlar və zinət əşyalarının nümayişi üçün idealdır. Vitrinlər adətən şəffaf şüşə qapaqlı taxta karkasa malikdir, məhsullar bu şüşə altında yerləşdirilir. Vitrinin alt hissəsi əlavə malların saxlanması üçün istifadə oluna bilər. Demir və MDF vitrinler hazırda dəbdədir. Qida sektorunda market daxilində müxtəlif vitrinlər (meyvə vitrinləri, müxtəlif tipli qida və qeyri-qida vitrinləri istifadə olunmaqdadır. Bununla yanaşı vitrin aksesuarları ilə də bağlı geniş seçimlər mövcuddur və hazır vitrinlər üçün aksesuar qiymetleri ölçü və materialından asılı olaraq fərqli olur.



Müştərilərə xidmət üçün mebellər

Müştərilərə xidmət üçün mebellərə aşağıdakılar daxildir:

  • Satıcı masası: Bu, müştərilərlə qarşılıqlı əlaqənin əsas elementidir. Burada kassir sifarişləri qəbul edir və ödənişləri həyata keçirir.

  • Kreslolar və divanlar: Müştərilərin sifariş gözlədikləri zaman rahat oturmaları üçün nəzərdə tutulub.

  • Ayaqqabı üçün oturacaqlar: Geyim mağazalarında müştərilərin ayaqqabıları sınaması üçün rahat şərait yaradır.

  • Geyinmə kabinaları: Bu kabinalarda güzgülər və asılqanlar olur, müştərilər burada rahatlıqla geyimləri sınayırlar.

Saxlama stellajları

Məhsulların saxlanması üçün xüsusi stellajlardan istifadə olunur. Onlar həm qaynaqla hazırlanmış, həm də sökülüb yığılabilən konstruksiyalı ola bilər. Ən populyar modellər polkalı olanlardır. Kiçik əşyalar isə şəbəkəli və ya qutu rəflərdə saxlanır, burada hər məhsul növü şaquli arakəsmələrlə və ya qutularla ayrılır. Bu stellajlar adətən dəmir, müxtəlif qalınlıqlı məftillərdən hazırlanır.

Mağaza mebelinə tələblər

Müştərilər ticarət mebelini bir neçə əsas faktora əsasən seçirlər:

  1. Dəyəri: Mağaza növünə görə mebellərin qiymətinə görə tələblər dəyişir. Kiçik ticarət nöqtələri adətən praktik və ucuz mebelləri seçir, butiklər isə daha çox təbii ağac və dəri kimi lüks materiallara üstünlük verirlər.

  2. Erqonomika: Mebel həm satıcılar, həm də müştərilər üçün rahat olmalıdır. Müştərilərin malları rahat görüb, onlara asanlıqla çata bilməsi vacibdir.

  3. Ekspluatasiya xarakteristikası: Mebel dayanıqlı və möhkəm olmalıdır. Məsələn, rəflər və vitrinlər malların ağırlığını və təsadüfi toxunuşları daşıya bilməlidir.

  4. Xarici görünüş: Mağazalar üçün mebel adətən neytral rənglərdə və standart ölçülərdə seçilir. Ancaq sifarişlə hazırlanan mebel korporativ standartlara və brendin üslubuna uyğun olmalıdır.

  5. Gigiyenik xüsusiyyətlər: Məhsulların tez-tez yuyulması və təmizlənməsi tələb olunan mağazalarda mebel kimyəvi vasitələrə davamlı olmalıdır.

İstehsalçıdan ticarət avadanlığı

Şirkətimiz mağazalar üçün müxtəlif ticarət mebelləri təklif edir:

  • Metal konstruksiyalar — standart və fərdi sifarişlə hazırlanması;
  • Ticarət panelləri — Brandex-in eksklüziv dizayn, müxtəlif rəng seçimləri ilə hər tip mağazaya uyğundur;
  • Ticarət mebeli — plastik məhsullar və ekstrusion mallar.

Biz, hər cür ticarət nöqtəsi üçün tam xidmət spektri, çatdırılma və quraşdırma işləri ilə Bakı və Azərbaycanın hər bir nöqtəsində sizə yüksək keyfiyyətli məhsullar təklif edirik. Şirkətimiz restoran mebelləri, elektronika mağazaları üçün mebeller və vitrinlər, müxtəlif tipli şourumlar üçün mebeller, stendleri əlverişli qiymetlerle və ən müasir dizaynlarla təqdim etməkdədir.

Brandex ilə iş prosesi

Şirkətimiz sifarişdən quraşdırmaya qədər tam xidmət paketi təqdim edir:

  1. Dizayner məsləhəti: Dizaynerimiz pulsuz məsləhət verəcək, mebelin dizaynını və materialları seçməyə kömək edəcəkdir.
  2. Ölçmə işləri: Məkanın xüsusiyyətlərini nəzərə alaraq optimal yer seçilir.
  3. Layihənin yaradılması: Kompüter vasitəsilə ilə 3D vizual layihə yaradılır, bütün detallar razılaşdırılır.
  4. Mebel istehsalı: Müasir avadanlıqda yüksək keyfiyyətli materiallardan mebel istehsalı aparılır.
  5. Çatdırılma və quraşdırma: Sürətli çatdırılma və peşəkar quraşdırma təmin edilir.

Niyə bizimlə işləməlisiniz?

  1. Yüksək keyfiyyət: Biz, yalnız müasir avadanlıqda və keyfiyyətli materiallardan mebel istehsal edirik.
  2. Qısa müddət: Proyektdən asılı olaraq mebel istehsalı 3 həftədən çox çəkmir.
  3. Əlverişli qiymətlər: Səmərəli istehsalat və uzunmüddətli əməkdaşlıq sayəsində müştərilərimizə əlverişli qiymətlər təklif edirik.
  4. Fərdi yanaşma: Müştəri arzularına uyğun olaraq hər bir layihəni fərdi şəkildə həyata keçiririk.
  5. Pulsuz dizayn: Brendinizin stilinə uyğun olaraq pulsuz dizayn layihəsi təklif edirik.

Mağazanız üçün yüksək keyfiyyətli mebel sifariş etmək üçün bizimlə əlaqə saxlayın!