Xidmətlərimiz
- Ana səhifə /
- POS Materiallar
POS Material
Brandex reklam şirkəti olaraq təqdim edilmiş şablonlara uyğunlaşdırılmış istənilən POS (satış nöqtəsi) materiallarının istehsalını təklif edirik.
POS materiallar ən təsirli daxili reklam vasitələrindən biridir. Məlumatın düzgün təqdimatı hədəf auditoriyanın maksimum diqətinin cəlb edilməsinə kömək edir və onları alış-veriş etməyə təşviq edir, satışı stimullaşdırır.
POS materiallar digər reklam növlərinə görə ucuzdur, lakin öz funksiyalarını əla yerinə yetirir; məlumatlandırıcıdır, brendin nüfuzunu artırır, mal və xidmətlərin tanıtımına kömək edir.
POS materiallarının brendə faydaları nələrdir?
1.Müəyyən bir məhsula və ya bütün məhsullar qrupuna diqqəti cəlb etmək.
2.Öz diqqətçəkən dizaynı vasitəsilə brendi alıcıya xatırlatmaq.
Böyük hipermarketlərdə eyni kateqoriyadan çoxlu məhsulun yerləşdiyi stenddə rəqabətdən sıyrılmaq və alıcı tərəfdən seçilmək çətindir. Yaxşı dizayn edilmiş POS materialları müştərinin diqqətinə çarpır və digər məhsullardan fərqlənir.
3.Kampaniya barədə məlumat vermək.
Bütün faizlərin, endirimlərin, bonusların qeyd olunduğu POS materiallar, məhsul haqqında detallı informasiya almaq üçün vasitədir.
4. Müştərini satınalmaya sövq etmə.
Kassadakı POS materialları müştərini impulsiv planlaşdırılmamış alışa sövq edən ən yaxşı marketinq alətlərindən biridir.
Alıcı üçün POS materiallarından istifadə etməyin praktiki faydaları:
1. Böyük mağazalarda, marketlərdə istiqaməti asanlıqla tapmağa imkan verir.
Bütün bu işarələr, oxlar, yön bildirən göstəricilər, bəzədilmiş stendllər, vitrinlər rəflərin arasında itən müştəriyə düzgün məhsulu tapmaqda kömək edir.
2. Detallı məlumatın qeyd olunduğu POS materiallar seçim etməyə kömək edir.
3.Promosyonların qeyd ounduğu qırmızı qiymət etiketli satış nöqtəsi materialları pula qənaət etməyə təşviq edir.