Yuxarı dön

İşlərimiz

Soliton Sumqayıt Flaqman Proyekti

Elektronika məhsullarının satışı ilə məşğul olan, ölkənin ən iri şirkətlərindən olan Soliton şirkəti ilə əməkdaşlığımız sayəsində, şirkətin ən iri mağazası olan Sumqayıt Flaqman mağazası üçün layihələndirmə, istehsal və quraşdırma işlərini həyata keçirdiyimiz layihə. Qısa zaman tələbilə həyata keçirilən 850 kv. metrlik sahə tam təhvil verilmişdir. Mağazada müxtəlif çeşiddə məhsullar üçün stendlər, vitrinlər, qeydiyyat masası, şüşə resepşn arxası, daxili reklamlar (qabarıq hərflər, işıqlı tekstil çaplı reklam qutuları), tavana montaj olunmuş iri həcmli loqo, işıqlandırma sistemləri və xüsusi dizaynlı tavandan asılı işıqlandırma çətirləri, və s. məhsulların istehsal və quraşdırma işləri tərəfimizdən həyata keçirilmişdir. İstehsal zamanı metal qaynaq, laminə olunmuş MDF lövhə, boyalı MDF, Türkiyədən xüsusi gətirilmiş işıq sistemləri, reklam qutuları profil sistemlərindən və s. istifadə olunmuşdur.

Təhvil verdiyimiz mağazanın geniş video-icmalı ilə aşağıda tanış ola bilərsiniz:



Oxşar lahiyələr

Mağazaların dizaynı

Soliton Sumqayıt Flaqman Proyekti

Proyektlər

Ətraflı