Yuxarı dön

İşlərimiz

Myshops brendi üçün stend

Myshops brendi üçün dizayn, istehsal və quraşdırılma işlərini həyata keçirdiyimiz ada tipli stend tərəfimizdən Crescent Mall-da quraşdırılmışdır. Stendin istehsalında yüksək keyfiyyətli MDF və uzunömürlü, solmayan akril boyadan istifadə olunmuşdur. Stendin üzərindəki şüşələr temperli və laminə olunaraq hazırlanmışdır. Şüşənin kənarları üçün stendin öz rəngində hazırladığımız çərçivələr şüşələrin birləşən hissələrini bağlamaqla həm təhlükəsizliyi qoruyur, həm də stendin estetik görünüşünü artırır. Stendin vitrin hissəsi isə məhsulların daha detallı görsənməsi üçün içəridən LED işıqlarla işıqlandırılmışdır. Stend iç tərəfdən açarlarla bağlana bilən xüsusi saxlayıcı şkaflarla təchiz olunmuşdur ki, bu da öz növbəsində mini anbar rolunu oynayır. Stendin üzərində işıqlı reklam loqosunun yerləşimi üçün MDF material CNC aparatda kəsilmiş və içərisinə lazer aparatımızda kəsilmiş 8 mm qalınlıqlı orqsteklo material yerləşdirilərək, arxa hissədən 2 il zəmanətli diod işıqlarla işıqlandırılmışdır. Təcrübəli mütəxəssislərimiz tərəfindən Mall-un 3-cü mərtəbəsinə daşınan stend, qurularaq uğurla müştəriyə təhvil verilmişdir.

Əgər siz də məhsullarınız üçün qüsursuz, professional stend sifarişi vermək istəyirsiniz, saytımızın əlaqə bölməsindən bizimlə əlaqə saxlaya bilər və brandEX Dizayn və istehsal Şirkətinin professional xidmətlərindən faydala bilərsiniz.

Stendin videosu ilə aşağıdakı link vasitəsilə ətraflı tanış ola bilərsiniz:


Oxşar lahiyələr

stend, sirket, şirket, daxili reklam, magaza stendleri, dizayn, sekil, qiymet, baku

Dəmir Stend Panasonic1

Daxili reklamlar, Stendlər

Ətraflı
Stend 2

Stend 2

Daxili reklamlar, Stendlər

Ətraflı
stol, sirket, şirket, daxili reklam, satış stolu, dizayn, sekil, qiymet, baku

Birbank Satış Stolu

Daxili reklamlar, Stendlər

Ətraflı
stendi dizayni sekilleri

Myshops brendi üçün stend

Stendlər

Ətraflı