Xidmətlərimiz
- Ana səhifə /
- Qabarıq hərflər
Qabarıq reklam hərfləri: Biznesin reklamı üçün effektiv həllQabarıq hərflər bizneslərin yalnız tanınırlığını artırmağa deyil, həm də müştərilərin diqqətini cəlb edən vizual vurğu yaratmağa imkan verən cəlbedici və təsirli bir reklam növüdür. Xüsusilə həm gündüz, həm də gecə aydın görünən işıqlı reklam lövhələri çox effektlidir. Brandex Design & Production Company Şirkətinin mütəxəssisləri bu məqalədə qabarıq reklam hərflərinin istehsal sirrləri və istehsalatda qabarıq hərflərin hazırlanması zamanı tətbiq olunan texnologiyaların xüsusiyyətlərini bölüşürlər.
Qabarıq reklam hərflərinin hazırlanması üçün istifadə olunan materiallar.
Qabarıq hərflərin istehsalında müxtəlif reklam materiallarından istifadə olunur, bunlardan ən populyarları isə aşağıdakılardır:
- Metal - alüminium, paslanmaz (oçinkovıy) və ya nerj dəmir lövhələr;
- Üzvi şüşə (orqsteklo, orqşüşə) - işıqkeçirən, şəffaf və ya rəngli orqsteklo;
- Polivinilxlorid (PVX və ya foreks deyilir);
- Penoplast və ya penopolistirol.
İşıqlı qabarıq hərflər üçün adətən orqşüşə və ya PVC kimi şəffaf materiallar seçilir. Qənaət etmək üçün yalnız ön tərəfi orqşüşədən, arxa tərəfini isə daha ucuz plastikdən və ya foreksdən hazırlamaq mümkündür. Onu da qeyd etmək vacibdir ki, qabarıq hərflərdə parlaq şəkillər yaratmaq üçün adətən tez-tez vinil plyonkadan istifadə tətbiq olunur ki, bunun sayəsində bahalı rəngli orqşüşədən istifadə etməyə ehtiyac qalmır.
Qabarıq reklam hərflərinin hazırlanma mərhələləri:
- Qabarıq hərflərin dizaynının hazırlanması. Dizayn yalnız şirkətin korporativ üslubuna uyğun gəlməməli, həm də şəhərin memarlıq görünüşünə uyğunlaşmalıdır. Dünyanın bir çox iri şəhərlərində və ölkələrində, həmçinin Azərbaycanda reklam lövhələrinin ölçüsü və dizaynı ilə bağlı qanunvericilik məhdudiyyətləri var ki, bunları dizayn zamanı nəzərə almaq lazımdır. Azərbaycanda çöl reklamlarının qaydaları uyğunluğu Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən nəzarət olunur və digər çöl reklamları kimi qabarıq hərflərinin də dizaynı istehsaldan əvvəl razılaşdırılmalı və icazə alınmalıdır.
- Qabarıq hərflərin hazırlanması üçün reklam materiallarının seçilməsi. Biz həm xarici, həm də daxili reklamlar üçün müxtəlif şəraitlərdə istifadə oluna biləcək reklam hərfləri və işıqlandırma materiallarının geniş çeşidini təklif edirik.
- Qabarıq reklam hərflərinin istehsalı. Dizayn layihəsi təsdiq edildikdən sonra materiallar lazer aparatında və ya CNC dəzgahlarında yüksək dəqiqliklə kəsilir. Bu sayədə hazır məhsullar çox səliqəli olur. Hərflərin kənarları dizayna uyğun rənglənir.
- Qabarıq reklam hərflərinin yığılması. Kəsilmiş detallar cilalanır və xüsusi yapışdırıcılarla (kley) birləşdirilir. Eyni zamanda, işıqlandırma sistemi quraşdırılır. İşıqlandırma sistemi üçün az voltajlı reklam diodlarından, LED işıq lentlərindən, gücə uyğun hesablanmış adapter və kabellərdən istifadə olunur.
- Qabarıq hərflərə vinil vurulması. Qabarıq hərflərin ön hissəsinə ehtiyac olduqda Oracal 8500 kimi işıq keçirən vinil plyonka ilə, yan və arxa səthlərinə isə adi rəngli vinil yapışdırılır.
İstehsal işləri tamamlandıqdan sonra qabarıq hərflər özü və ya reklam lövhəsi ilə birlikdə quraşdırılır. Xüsusilə küçədə quraşdırılacaq reklam lövhələri üçün təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Buna görə də bu işi mütəxəssislərə həvalə etmək daha məqsədəuyğundur.
3D qabarıq hərflər açıq LED işıqlarla
Üz panellərinin olmaması sayəsində yüksək parlaqlıq və parlaq işıqlandırma ilə seçilən açıq LED işıqlarla qabarıq reklam hərfləri. Bu növ reklam konstruksiyaları aşağıdakı elementlərdən ibarətdir:
1. Hərfin korpusu - bütün konstruksiyaya forma və sabitlik verən əsas gövdə hissəsi.
2. Xarici panel - bu növd qabarıq hərflərdə olmayan, işığın birbaşa çıxışını təmin edən hərfın ön hissəsi.
3. Yan tərəf - strukturu saxlayan və işıq elementlərini dəstəkləyən yan divarlar.
4. Arxa hissə - konstruksiyanı bir-birinə bağlayan bağlayıcılar və elementlər.
Əgər hərflər böyük ölçülüdürsə, onların korpusu adətən alüminium və ya kompozit materiallardan hazırlanır. Daha kiçik hərflər üçün ən çox PVX (foreks) istifadə olunur. İşıq mənbəyi kimi sabit və parlaq işıqlandırma təmin edən LED modullardan istifadə olunur. Bu tip reklam konstruksiyaları çox vaxt binaların damlarında quraşdırılır və ya böyük fasad lövhələrində istifadə olunur. LED işıqlar enerji səmərəliliyi, minimal enerji istehlakı və uzun ömürlü olması ilə seçilir ki, bu da onların elementləri dəyişdirmədən uzun müddət istifadə olunmasına imkan verir. Bundan əlavə, LED işıqlar temperatur dəyişikliklərinə və xarici mühitin təsirinə davamlıdır, bu da onları küçə reklamı üçün ideal hala gətirir. Ekoloji xüsusiyyətləri sayəsində onlar təhlükəsizdir və yanmağa meylli deyil. Hərflərin tövsiyə olunan hündürlüyü 20-dən 150 sm-ə qədər, qalınlığı isə 20 mm və daha çox ola bilər.
Açıq neon lampalı 3D qabarıq reklam hərfləri.
Bu qabarıq, açıq neon işıqlı hərflər öz struktur quruluşuna görə digər reklam konstruksiyalarından yalnız bir qədər fərqlidir. Sistemin əsas elementləri bunlardır:
1. Xarici səth – diqqəti cəlb edən və vizual görünüşü formalaşdıran hissədir.
2. Yan səth – hərfə möhkəmlik verir və konstruksiyanı dəstəkləyir.
3. Arxa səth – gövdə funksiyasını yerinə yetirir və işıq elementlərini sabitləyir.
4. İşıq komponentləri – sistemin ürəyi olub, parıltıya və diqqət cəlb etməyə cavabdeh elementdir.
Reklamın ön hissəsi 8-15 mm qalınlığında neon borudan hazırlanır. Yan və arxa səthlər isə işıq axınının intensivliyini və istiqamətini tənzimləyən bir konstruksiya əmələ gətirir. Bu mexanizm reflektor adlanır və işığı lazımi istiqamətə yönəldərək istənilən vizual effekt yaratmağa kömək edir. Bu konstruksiyada hərflərin konturlarını təkrarlayan və onlara effektli parıltı verən neon işıq borularından istifadə olunur. Neon xarici paneldə deyil, hərflərin xaricində yerləşdirildiyindən, xarici panel olmadan parlaq və unudulmaz bir effekt yaranır.
Kölgə işıqlı 3D qabarıq reklam hərfləri.
Kölgə işıqlandırma hər hansı bir işıqlandırma və ya hava şəraitindən asılı olmayaraq, qabarıq hərfləri hər şəraitdə çox nəzərəçarpan edir. İşıq kölgə effekti sayəsində bu konstruksiyalar diqqəti cəlb edir və digər reklam lövhələri fonunda seçilir. Konstruksiyanın əsas elementləri bunlardır:
1. Ön panel – müxtəlif materiallardan hazırlana bilən qabarıq hərfin xarici hissəsi.
2. Yan hissə – hərfə həcm verən yan divarlar.
3. İşıq elementləri – işıqlanmanı təmin edən LED işıq modulları.
4. Gövdə hissəsi – daxili birləşmələri bağlayan və qoruyan elementlər.
Kölgə (kontur) işıqlı qabarıq hərflərin ön panelini hazırlamaq üçün adətən 3-6 mm qalınlığında PVX (foreks material) istifadə olunur, lakin orqsteklo, polistirol və ya alüminium kompozit materiallardan da istifadə edilə bilər. LED işıq modulları hərflərin arxa tərəfinə yapışdırılır ki, işıq arxadakı səthə yönəlsin və unikal işıq effekti – "kölgə" yaratsın. Bu konturun intensivliyi və eni hərf ilə işığın yönəldildiyi səth arasındakı məsafənin dəyişdirilməsi ilə tənzimlənir. Adətən bu, bütün şunurların və bərkidici elementlərin gizləndiyi plastik və ya kompozit panellər olur. Kontur işıqlı hərflərin müxtəlif hündürlüyü ola bilər, optimal olaraq 30-dan 200 sm-ə qədərdir ki, bu da onları müxtəlif tipli binalar və reklam məqsədləri üçün uyğunlaşdırmağa imkan verir.
Qabarıq reklam hərflərinin qiymətləri necə hesablanır?
Qabarıq işıqlı hərflərdən hazırlanan reklam lövhələrinin qiyməti bir sıra əsas amillərdən asılıdır:
1. Konstruksiyanın ölçüləri. Hərflərin uzunluğu, hündürlüyü və qalınlığı kimi əsas parametrlər qabarıq hərflərin yekun qiymətinə birbaşa təsir göstərir. Ölçülər nə qədər böyük olarsa, reklam lövhəsinin hazırlanması da bir o qədər bahalı olacaq.
2. Material seçimi. Qabarıq hərflərin hazırlanması üçün PVC, kompozit (alkopan), polistirol və metal kimi müxtəlif materiallar istifadə edilə bilər. Optimal nəticəyə nail olmaq üçün bu materialların birləşməsi də mümkündür. Məsələn, alüminiumun istifadəsi məhsulun ömrünü uzadır, lakin lövhənin dəyərini də artırır.
3. İşıqlandırma növü. İşıqlandırmanın olması qiyməti xeyli artırır. İşıqlandırmanın bir neçə növü mövcuddur: daxili işıqlandırma (LED), xarici işıqlandırma, neon lampalar və digər texnologiyalar. LED işıqlar uzun ömürlü və enerjiyə qənaətcil olduğundan populyardır, lakin onlar reklam konstruksiyasının qiymətini artıra bilər.
4. Şriftin mürəkkəbliyi. Daha mürəkkəb və detallı şriftlər istehsal zamanı əlavə səy tələb edir ki, bu da ümumi qiyməti artırır. Seçilən şrift nə qədər sadə olarsa, hazır məhsul da bir o qədər ucuz olacaq.
Digər reklam işləri
Ayrı bir kateqoriyanı qabarıq reklam elementlərinin sadələşdirilmiş versiyası olan psevdohəcmli və ya düz hərflər təşkil edir. Bu cür reklam hərfləri təbəqəli plastik və ya kompozit materiallardan hazırlanır, sonra isə istənilən rəng və ya tekstura vermək üçün yapışqanlı vinil ilə örtülür. Bu yanaşma büdcə baxımından ən əlverişlisidir, çünki mürəkkəb texnologiyalar və əhəmiyyətli xərclər olmadan qabarıq hərf effektini təmin edir.
Belə hərflərin qalınlığı seçilmiş material və layihənin məqsədlərindən asılı olaraq 5-dən 15 sm-ə qədər dəyişir. Ən çox düz hərflər interyer reklamı üçün istifadə olunur, binalar üçün zərif və stilli həllər yaradır. Lakin onları daha ifadəli və təsirli vizual kompozisiyalar yaratmaq üçün qabarıq elementlərlə də birləşdirmək olar.
Bu cür konstruksiyaların reklam imkanları demək olar ki, sərhədsizdir. Uğurun əsas açarı konkret vəzifələrdən və yerin xüsusiyyətlərindən asılı olaraq format və dizaynın düzgün seçilməsidir. Reklamın yerləşdiriləcəyi binanın növü, onun memarlıq xüsusiyyətləri və işıqlandırma səviyyəsi nəzərə alınmalıdır. Yalnız bu şəkildə maksimum reklam effektinə nail olmaq və brendə diqqəti cəlb etmək mümkündür.
Azərbaycanda reklam şirkətləri və agentlikləri arasında öncül yerlərdən birini tutan Brandex Şirkəti digər reklam işləri kimi daxili və çöl reklamları üçün işıqlı və işıqsız qabarıq reklam hərflərinin istehsalında peşəkar və innovvativ reklam həlləri təklif etməkdədir. Özünün ən müasir avadanlıqları, təcrübəli işçi heyəti sayəsində reklam xidmətləri göstərən şirkət müxtəlif yerli və xarici şirkətlərin etimadını doğrultmaqdadır. Şirkətinizin ehtiyacı olan istənilən növ daxili və çöl reklamlarının hazırlanması üçün şirkətimizlə əlaqə saxlamanız kifayətdir.