Yuxarı dön

Xidmətlərimiz

  • Ana səhifə /
  • Azərbaycanda Çöl Reklam Şirkətləri və Agentliklər



Azərbaycanda Açıq Hava Reklam Şirkətləri: Trendlər, İmkanlar və Rəqabət

Son illərdə daxili və çöl reklamları Azərbaycanda ən təsirli və geniş yayılmış reklam vasitələrindən biri halına gəlib. Bu sahədə Azərbaycanda və Bakıda fəaliyyət göstərən reklam şirkətləri və reklam agentlikləri, həm yerli, həm də beynəlxalq markaların mesajlarını geniş auditoriyaya çatdırmaq üçün müxtəlif innovativ üsullar tətbiq edirlər. Ölkənin iqtisadi və sosial infrastrukturunda baş verən dəyişikliklər, xüsusilə şəhərsalma və nəqliyyat şəbəkələrinin genişlənməsi çöl reklamlarının əhəmiyyətini daha da artırır. Reklam şirkətləri ilə yanaşı reklam agentlikləri də Azrəbaycanda sifariş verən şirkətlərlə istehsalçı reklam şirkətləri arasında əsas körpü rolunu oynayır. Müştərilərdən dizayn əsasında təsdiq etdirdiyi reklam işlərini və sifarişlərini istehsalçı şirkətlərdə istehsal etdirərək öz müştərilərinə təqdim edir. Bu zaman agentlik komissionlardan qazanc əldə edir.

Çöl reklam şirkətləri və Qiymətlər

Reklam şirkətləri bazarda reklam işlərinin və xidmətlərinin qiymətlərini özləri müstəqil şəkildə təyin edir. Burada reklam üçün istifadə olunan material, işçilik, daşınma, quraşdırma, demontaj, vergi xərcləri nəzərə alınmaqla smeta formalaşdırılır və şirkətin qazancı (marjası) əlavə olunmaqla müştəriyə təqdim edilir. Daxili və çöl reklam qiymətləri əsasən bu qayda ilə formalaşır. İstfifadə olunan reklam materialları və xidmətlər müxtəlif olduğu üçün burada demək olar ki, standart qiymetler olmur.

Reklam Şirkətlərinin növləri və fəaliyyətləri

İstehsalçı reklam şirkətləri əsasən aşağıdakı xidmətləri göstərirlər:
- Daxili və çöl reklamları
- Stend istehsalı (sərgi stendləri, məhsul və tanıtım stendləri)
- Genişformatlı çap xidmətləri (vinil, banner, bəklit, və s. çapı)
- Maşın üzərində vinil reklamı (avtobrendinq) xidməti
- Yolkənarı küçə reklamları (pilon, totem, stella və s.)
- POS material istehsalı
- Dizayn xidmətləri (3D, Autocad, qrafik dizayn)

Reklam şirkətləri bu xidmətlər üzrə ümumi bazarla tənzimlənən, müxtəlif qiymətlər təklif edirlər.


İstifadə olunan Reklam avadanlıqları, xidmət satışı və qiymətlər

Hər bir reklam şirkəti istehsal xidmətləri göstərmək üçün müxtəlif avadanlıqların köməyindən istifadə edir. Bura çap aparatları (Roland, Mimaki, Maxima, Flora, Allwin və s.), vinil kəsim plotterləri, müxtəlif ölçülü lazer-kəsim aparatları (əsasən müxtəlif Çin markaları), CNC kəsim aparatları (Türkiyə və Çin istehsalı brendlər), mebel və stend istehsalı üçün istifadə olunan yatar kəsim aparatı (Türkiyə və Çin istehsalı brendlər), MDF və LDSP (laminant) kənarlarına PVC vuran aparat (Türkiyə və Çin istehsalı brendlər), dəmir işləri də görən reklam şirkətləri üçün isə dəmir büküm və kəsim, lazer kəsim, toz boya avadanlıqları da aiddir. Bundan başqa çap avadanlıqları da növünə, çapın keyfiyyətinə və s. görə də geniş növlərə malikdir. Bəzi reklam şirkətləri 360 dərəcə fəaliyyət göstərməklə promo və mətbəə xidmətləri də göstərməkdədir ki, həmin şirkətlər mətbəə və kağız çap avadanlıqlarına da sahib olmaqdadır. 


Azərbaycanda Çöl Reklamı istehsal edən şirkətlər necə işləyir?

Çöl reklamı istehsal edən şirkətlər, brendlərin və müəssisələrin mesajlarını geniş auditoriyaya çatdırmaq üçün vacib bir rol oynayır. Bu növ reklamlar bilbordlar, afişalar, rəqəmsal ekranlar və digər açıq hava vasitələri ilə həyata keçirilir və müştərilərin diqqətini cəlb etməkdə təsirli bir üsul kimi çıxış edir. Azərbaycanda bu sahədə fəaliyyət göstərən şirkətlər və agentliklər, brendin strategiyasından başlayaraq reklamın quraşdırılmasına qədər bir neçə mərhələdən keçən kompleks bir iş mexanizmi ilə işləyir.

1. Müştəri ilə əlaqə və strategiya hazırlanması

Çöl reklamı istehsal edən şirkətlərin iş prosesi müştəri ilə əlaqə yaratmaqla başlayır. Şirkətin, brendin qaydalarına uyğun məhsulun hazırlanması üçün görüşlər təşkil edilir və müzakirələr aparılır. Hazırlanacaq məhsulun və ya onun yerləşdiriləcəyi yerin ölçüləri götürülür və şəkilləri çəkilir. Müştərinin istəyi nəzərə alındıqdan sonra isə növbəti mərhələyə - reklam məhsulunun dizaynına keçid edilir. Bəzən bu dizayn, ölçü brend və ya şirkətin özü tərəfindən hazır şəkildə də təqdim oluna bilinir.

2. Reklam dizaynı və kreativ işlər

Müştərinin verdiyi qeydlər və ya brif nəticəsində reklam şirkəti reklamın dizaynına başlayır. Ölçülər və razılaşdırılan reklam materiallarına uyğun olaraq dizayn işlərinə start verilir. Adətən müştərilərə reklamın 3D görüntü dizaynı və AutoCad proqramında hazırlanmış çertyojları təqdim olunur. Bazarda məhdud imkanlara sahib olan kiçik reklam şirkətləri isə adətən bu işləri yalnız Corel Draw proqramında icra edir və qrafik dizayn görüntülərini müştəriyə təqdim edir. 

3. Reklam işləri üçün smeta hazırlanması və Qiymət təklifinin formalaşdırılması

Müştəri dizaynı təqdim olunmuş dizaynı təsdiq etdikdən sonra artıq reklam şirkəti smeta hazırlanması prosesinə start verir. Müxtəlif reklam materialları əsasında hazırlanacaq olan məhsulun qiymətləri hesablanır və smeta ortaya çıxarılır. Şirkət smeta əsasında qiymət təklifi hazırlayaraq müştəriyə təqdim edir. Brandex Şirkətində bu proses ERP proqramlaşdırma üzərindən aparılır.

4. Reklamın istehsalı və quraşdırılması

Smeta təsdiq edildikdən sonra reklam istehsal mərhələsinə keçid edilir. Çöl reklamı istehsal edən şirkətlər bu mərhələdə müxtəlif materiallardan və reklam avadanlıqlarından istifadə edərək reklamları istehsal edir. Bu zaman Vinil, banner, orqsteklo, foreks, MDF, LDSP, alkapon, işıqlı diodlar və LED işıqlar, kabellər, dəmir qutu profillər, və s. kimi müxtəlif qalınlıqlı, çeşidli və qiymətə malik reklam materiallarından istifadə olunur. Azərbaycanda bu mərhələ həm yerli, həm də beynəlxalq standartlara uyğun olaraq həyata keçirilir.

İstehsal mərhələsi tamamlandıqdan sonra reklamların quraşdırılması üçün xüsusi komanda sahəyə göndərilir. Çöl reklamlarının quraşdırılması, böyük LED ekranların yerləşdirilməsi və digər açıq hava reklamlarının təhlükəsiz və estetik qaydalar çərçivəsində quraşdırılması mühüm addımlardan biridir. Azərbaycanda, xüsusilə Bakı kimi böyük şəhərlərdə bu proses dövlət tənzimləmələri və icazələri əsasında həyata keçirilir.

Nəticə

Çöl reklamı istehsal edən şirkətlərin iş mexanizmi bir çox mərhələdən ibarətdir və bu mərhələlərin hər biri istehsal olunmuş reklam məhsullarının uğurlu olması üçün böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, hazırda bazarda uğurlu və keyfiyyətli reklam şirkətləri ilə yanaşı, öz işlərini sonacan yerinə yetirməyən və müştərilərə keyfiyyətli olmayan məhsul və xidmətlər təqdim edən reklam şirkətləri də az deyildir.

Brandex Dizayn və İstehsal Şirkəti reklam sektorunda artıq 8 ildən çoxdur ki fəaliyyət göstərir və beynəlxalq təcrübəni öz müştəriləri ilə bölüşür. Özünün xüsusi təcrübəyə malik istehsal komandası, ən modern avadanlıqları və istehsal sahəsi ilə bir çox tanınmış yerli və xarici brendlər və şirkətlərlə əməkdaşlıq etməkdədir. Siz də reklam xidmətlərini uyğun qiymətlərlə və üstün keyfiyyətlə əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.